|
Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının növbəti iclası 2013-cü ildə Bakıda keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı bildirib.
O eyni zamanda qeyd edib ki, növbəti ildə Türk dünyası üçün qurum tərəfindən “Türk dünyasının qüruruâ€� adlı bir mükafat təsis etmək də planlaşdırılır: “Bu mükafat elm adamlarına, yazıçılara və digər şəxslərə verilmək üçün nəzərdə tutulurâ€�.
H.Akınçı həmçinin bildirib ki, Naxçıvanda və Türkiyədə qurumun növbəti illər üçün bir sıra tədbirləri keçiriləcək. Onun sözlərinə görə, tədricən Türkdilli ölkələrinin vahid gömrük ittifaqının yaradılması da mümkün ola bilər.
|