|
Gürcüstan prezidenti Mixail Saakaşvili hakim “Vahid Milli Hərəkatâ€� Partiyasının məğlubiyyətini etiraf edib. “KƏLAMİNFOâ€� “Novosti Qruziyaâ€�ya istinadən bildirir ki, prezident sədri olduğu partiyanın müxalifətə keçdiyini vurğulayıb.
Gürcüstan prezidenti deyib ki, ölkənin yeni hökumətini seçkilərdə qalib gələn “Gürcü arzusuâ€� koalisiyası quracaq. Dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, etiraf edib ki, onun üçün “Gürcü arzusuâ€�nun baxışları qəbuledilməz olub. Və onun sədri olduğu “Vahid Milli Birlikâ€� partiyası ilə “Gürcü arzusuâ€� arasında çox dərin fərqlər var:
“Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq. Bizim “Qızılgül inqilabıâ€�ndan sonra əldə etdiklərimiz ölkə tarixi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, dövlətçilik tariximizin də ən maraqlı dövrlərindən biridirâ€�. VMB sədri hesab edir ki, onların baxışları səhvdir, lakin demokratiya elə işləyir ki, gürcü xalqı çoxluqla qərar qəbul edir: “Və biz buna hörmətlə yanaşırıq. Bir tərəfdən partiya lideri kimi deyərdim ki, Milli Birlik partiyası müxalifətə keçir. Son 8 ilin nailiyyətləri, qızılgül inqilabı tək Gürcüstanın tarixi üçün deyil, bu, Gürcüstanı dünyanın yerdə qalan hissəsi üçün ən bağlayıcı bir ölkəyə çeviribâ€�.
«KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, dövlət başçısı tərəfdarlarına təşəkkür edərək bir daha bildirib ki, Gürcüstanın mövcud inkişaf kursunun nativi yoxdur: “Biz buna inanaraq mübarizəmizi davam etdirəcəyik - bu günün çağırışları nə olursa olsun!â€�
|