|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, eləcə də beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|