|
Bu gün Bakıda keçirilən “Körpülərin salınmasıâ€� konfransı öz işini “Sərhədsiz idmanâ€� adlı paneldə davam etdirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, BMT baş katibinin “İdmanın inkişaf və sülh naminəâ€� proqramının xüsusi məsləhətçisi Vilfird Lemke deyib ki, Azərbaycan idmanı böyük inkişaf yolundadır. O qeyd edib ki, ölkənin olimpiya oyunlarında 10 medal qazanması yüksək nəticədir: “İdman həqiqətən də körpülərin salınmasında, xalqlar arasında münasibətlərin güclənməsində vacib rol oynayırâ€�.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev isə bildirib ki, Azərbaycanda digər idman sahələri ilə bərabər boks da inkişaf etməkdədir: “Bu il ölkədə keçirilmiş boks üzrə dünya çempionatında 113 ölkədən 590 idmançı iştirak edib ki, bu da Ginnesin rekordlar kitabına layiq bir göstəricidirâ€�. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan rəhbərliyinin idmana böyük qayğı göstərdiyini deyib: “Hazırda ölkədə 35 olimpiya kompleksi fəaliyyət göstərirâ€�. AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycanda qadın futbolunun inkişafından, ölkədə keçirilən 17 yaşa qədər olan qadınlar arasında dünya çempionatından danışıb. Tədbir xarici və yerli rəsmilərin müzakirəsi ilə davam edib.
|