|
İraqın Tikrit şəhərində yaraqlılar həbsxanaya hücum ediblər. Yerli hakimiyyət nümayəndələrinin məlumatlına görə, intiharçı özünü həbsxana qapısında partladıb. Bundan sonra silahlı qrup gözətçilərə hücum edib. Onlardan dördünü öldürüblər. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, yaraqlılar həbsxanadan 250 məhbus çıxardıblar. Həmin məhbusların çoxu terrorçuluqda ittiham olunanlardır. Tikritdə komendant saatı tətbiq edilib. Həbsxanadan qaçanların axtarışı davam etdirilir.
|