|
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç deyib ki, NATO Gürcüstan müharibəsindən yetərli dərs çıxarmayıb. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, o, NATO baş katibi Anders Foq Rasmussenin Tbilisidə dediyi “Gürcüstanın evi NATO-durâ€� açıqlamasına belə münasibət bildirib. Rusiya rəsmisi deyib ki, bu cür bəyanatlar NATO-nun 2008-ci ildəki müharibədən dərs çıxarmadığını və Gürcüstanı yanlış yola çəkməkdə davam etdiyini göstərir. Rusiya iddia edir ki, Gürcüstanın NATO-ya üzvlüyü regionda sabitliyi və qüvvələr nisbətini poza bilər.
|