|
«ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib». “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur.
«Ona görə də inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. Səfirliklərimizin təhlükəsizliyi qorunur, bu yöndə dövlətimiz lazımi işlər görür. Azərbaycan ASALA-nın təhdidlərindən çəkinmir. Bu terror təşkilatını Ermənistan himayə edir. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazisində də terror təşkilatları yaradıblar. Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir və yeri gələrsə, ASALA qat-qat güclü cavabını alacaq. «Evrovision-2012» mahnı müsabiqəsi ərəfəsində də terror cəhdi var idi. Amma ölkəmizin təhlükəsizlik orqanları bu cəhdlərin qarşısını lazımi səviyyədə aldılar. ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək» - deyə YAP icra katibinin müavini vurğulayıb.
|