|
“Erməni diasporunun son bəyanatları göstərdi ki, onlar üçün müqəddəs heç bir şey qalmayıbâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında hakim Yeni Azərbaycan PArtiyasının Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə bildirib.
O qeyd edir ki, ASALA terror təşkilatının azərbaycanlılara qarşı hədə dolu bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, Ermənistan hakimiyyətində etnik təcavüzə meyillilik güclüdür: “İndi elə bir dövrdür ki, istənilən fikir ayrılığını sivil qaydada, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək olar. Amma görünən odur ki, Ermənistan buna hazır deyilâ€�. A.Mirzəzadə deyir ki, bu gün dünya ictimaiyyətinin qarşısında duran əsas məsələlərdən biri terrorla mübarizədir və bütün beynəlxalq təşkilatlar daim bu mübarizəyə dəstək verir: “Lakin təəssüflər olsun ki, azərbaycanlı zabitin öz vətəninə qayıtmasına ağız dolusu etiraz bəyanatları verən bəzi təşkilatlar erməni terror təşkilatının dünya azərbaycanlılarını hədələməsinə susurâ€�. Deputat onu da bildirir ki, ASALA terror təşkilatı bəyanatları ilə Ermənistanın nüfuzunu zərbə altında qoyur.
|