|
“Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm. Ölkə başçısının rəhbərliyi altında aparılan təhsil islahatları göz qabağındadır. â€� KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə danışan təhsil naziri Misir Mərdanov deyib ki, təhsil sahəsində görülən böyük işlərdən biri məktəb tikintisidir və bu il 160-dan çox məktəb tikilib, şagirdlərin istifadəsinə veriləcək.
Nazir növbəti uğuru məktəblərdə İKT-nin tətbiq və bunun getdikcə genişlənməsində görür: “Müəllim və şagirdlərin İKT-dən istifadə bacarığı xeyli yüksəlib. 1200-dən çox məktəb geniş zolaqlı İKT şəbəkəsinə qoşulub. Azərbaycanın ümumtəhsil müəssislərində fəaliyyət göstərən 150 min müəllimin böyük əksəriyyəti İKT bacarığına yiyələnirâ€�.
Növbəti tədris ilinə isə çoxdan hazırlaşdıqlarını xatırladan M.Mərdanov deyib ki, qarşıda Azərbaycanın təhsil işçilərini, müəllimlər və valideynləri çoxsaylı yeniliklər gözləyir. Onun sözlərinə görə, yeniliklərdən biri bu ildən 5-ci siniflər üçün yeni kurrikulumların tətbiq edilməsi olacaq. Bu istiqamətdə həm müəllimlərin hazırlanması, həm də dərsliklərin məzmununda keyfiyyətin artırılması ilə bağlı çox ciddi işlər görülüb.
|