|
“Azərbaycan qazının Avropaya ixracı ilə bağlı əlverişli variantlar araşdırılırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə AR Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib ki, hazırda “Cənub enerji dəhliziâ€�nə dair Avropa İttifaqı ilə imzalanmış birgə Bəyannaməyə uyğun olaraq, təklif olunan marşrutlar, o cümlədən Transadriatik (TAP) və “Nabukko-Westâ€� qaz kəmərləri layihələri nəzərdən keçirilir. Azərbaycan və Türkiyə arasında TransAnadolu (TANAP) qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalandığını xatırladan R.Abdullayev bildirib ki, “Cənub enerji dəhliziâ€� layihəsinin əsasını təşkil edəcək TANAP-ın məqsədi Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etməkdir: “Kəmərin ilkin ötürüləcək gücü 16 mlrd. kubmetr həcmində planlaşdırılır, gələcəkdə bu göstərici artırıla da bilərâ€�.
R.Abdullayev AGRİ layihəsinin də gündəlikdə olduğunu deyib: “Son vaxtlar bu layihəyə bəzi ölkələr daha çox maraq göstərirlər, xüsusilə Ukrayna bu layihəyə qoşulmaq niyyətindədirâ€�.
|