|
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsini xaricdə təmsil edən səfirlərə gürcü şərabını reklam etməyi tapşırıb. “KƏLAMİNFOâ€� “Qruziya-onlaynâ€�a istinadən xəbər verir ki, Kvarelidə yeni şərab zavoduna baş çəkən prezident bütün səfirlərə gürcü şərabını satmağı tapşırdığını deyib: “Çünki insanlar bizim şərabın dadını biləcəklər. Bu da üzümün bahalaşmasına səbəb olacaq. İndi mənim məqsədim yaxın 3-4 ildə üzümün bir kq-nın 2 lariyə kimi qalxmasıdırâ€�. O, hazırda Vaşinqtonda gürcü şərabı barının açılmasını planlaşdırıldığını deyib: “Bütün ora gələn turistlərə kiçik bir şüşə şərab verəcəyik. Bununla da onun dadının bütün dünyada bilinməsini istəyirik. Sonra isə qiymətləri qaldıracağıqâ€�. Onun sözlərinə görə, gələcəkdə beş yeni şərab zavodunun istehsalını planlaşdırırlar.
|