|
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şitslə görüşüb. Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüşdə bölgədə gedən proseslər, Cənubi Qafqazdakı münaqişələr və onların həlli yolları, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
|