|
Sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri başlayır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
O qeyd edib ki, E.Məmmədyarovun səfərinin məqsədi “Qoşulmama hərəkatıâ€�na üzv ölkələrinin xarici işlər nazirlərinin zirvə toplantısında iştirak etməkdir: “Biz “Qoşulmama hərəkatıâ€�na artıq 1 ildir ki, üzvük və bu, Azərbaycan üçün vacib təşkilatdır. Bu hərəkat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı təcavüzkar dövlət kimi tanıyırâ€�.
E.Abdullayev deyib ki, nazirin Tehrana səfəri zamanı ikitərəfli görüşlər nəzərdə tutulub və hazırda bu görüşlərə hazırlıq gedir: “Görüşlərin mahiyyəti barədə yaxın günlərdə açıqlama veriləcəkâ€�.
O qeyd edib ki, səfər avqustun 31-i başa çatacaq.
|