|
ABŞ prezidenti Barak Obama Meksika körfəzi sahilindəki ştatlarda yaşayan vətəndaşlara qasırğa ilə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, Obama bildirib ki, hazırda yaxınlaşmaqda olan İsaak tropik qasırğası çox böyük daşqınlara səbəb ola bilər. Bu səbəbdən yerli rəsmiləri bütün xəbərdarlıqlara və çağırışlara əməl etməyə çağırıb: “Əgər sakinlərin evakuasiyası tələb olunarsa, buna qulaq assınlarâ€�.
Hazırda Luiziana, Missisipi, Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib. İsaak qasırğasının 7 il əvvəl Katrina qasırğasının vurduğu Nyu-Orlean şəhərini vurması gözlənilir.
|