|
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar sammitində iştirakı etmək üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
İƏT dövlət başçılarının nöbədənkənar sammiti avqustun 14-də Səudiyyə Ərəbistanında Məkkə şəhərində keçiriləcək. Əsas müzakirə mövzusu Suriyada yaranmış vəziyyət və çıxış yollarıdır. Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü olduğundan tədbirdə iştirakı vacibdir və rəsmi Bakının bu tədbirdə yüksək səviyyədə iştirakı mütləqdir.
Zirvə toplantısı çərçivəsində E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
|