“Son bir neçə ildə Azərbaycanda 7 yaşa qədər oğlan uşaqlarının sayında artım, qızlarda isə kəskin azalma var”. Bunları “Azadinform”a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
O qeyd edib ki, uşaqlara qarşı təcavüzün ən erkən və ən ağır forması kimi ana bətnində qız uşaqlarının abort etdirilməsi faktı çoxalıb: “Azərbaycanda ulturasəs müayinəsi ancaq cinsin müəyyən olunması üçün istifadə olunur. Bu da əsasən ondan ibarətdir ki, ana bətnində uşağın cinsi qız olaraq müəyyən olunursa, əksər hallarda uşaq ana bətnində ləğv edilir. Ona görə də getdikcə qızların sayında ciddi azalma var”. Deputat deyir ki, xeyli vaxtdır bunun qanunvericiliklə tənzimlənməsi aktual olsa da, məsələ hələ də açıq qalır: “Hesab edirəm ki, bu məsələyə vaxtında münasibət bildirmək lazımdır, ən azı qanunla bu məsələ qadağan olunmalıdır”.
|