|
Bu gün Azərbaycanda işsiz vətəndaşların sayı 250 mindən çoxdur. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşmaâ€� mövzusunda subregional konfransda çıxışı zamanı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub: â€œİşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub. Azərbaycanda gənclərin sayı sürətlə artır. Bu gün əhalinin 35 faizi 16-35 yaş arasında olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edirâ€�.
S.Mehbalıyev MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışaraq deyib ki, bir çox ölkədə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur: “Bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edirâ€�.
|