|
Azad Suriya Ordusunun ən böyük və ən güclü qolu olan “Liva Əl Təhvitâ€� qrupu 300 nəfərlik qüvvəylə Hələbə girib. “KƏLAMİNFOâ€� RİA “Novostiâ€�yə istinadən xəbər verir ki, Əsəd rejiminin Hələbi mühasirəyə almağa başlamasından sonra yola çıxan qrup səhər saatlarında şəhərə çatıb. “Liva Əl Təvhitâ€� qrupunun liderlərindən Yusif Sabah Əbu Səlmo hədəflərinin Əsədi iqtidardan göndərmək olduğunu deyib: “Bunu edəcək gücümüz var. Ancaq Hələb xalqı bizim üçün çox vacib olduğundan burada tam gücümüzü göstərə bilmirik. Hələbə və Hələb xalqına zərər gəlməsini istəmirik. Ancaq buna baxmayaraq, birlik və nizam-intizamı təmin etmək üçün Hələbi alacağıq. Əsədin əsgərlərini buradan təmizləyəcəyik. Əsədə yardım edənləri də təmizləyəcəyikâ€�.
|