|
Hazırda Dövlət Film Fondunda köhnə filmlərin bərpa prosesi gedir. Bu barədə “KƏLAMİNFOâ€�ya açıqlamasında bildirən fondun direktoru Cəmil Quliyevin sözlərinə görə, bu işə 2010-cu ildən başlanılıb. İndiyədək 30 köhnə Azərbaycan filmi bərpa edilib: “Bu filmlər arasında “Sehrli xalatâ€�, “Bir qalanın sirriâ€�, “Uzaq sahillərdəâ€�, “Şərikli çörəkâ€�, “Mahnı qanadlarındaâ€�, “Babəkâ€� kimi məşhur ekran əsərləri varâ€�.
50 ekran əsəri, o cümlədən “Yaramazâ€�, “Arşın mal alanâ€�, “Nəğmə müəllimiâ€�, “Mən mahnı qoşuramâ€� kimi filmlər isə bərpaya hazırlanır: “Keçmişdə bütün filmlər indikindən fərqli lentlərlə çəkilib. Zaman keçdikcə onların keyfiyyəti aşağı düşür, saxlanma müddəti azalır. Bərpa zamanı filmlərin neqativləri təmizlənir, səs fonoqramları qaydaya salınır, yuyulur, başqa kimyəvi proseslər həyata keçirilir və rəqəmsal lentlərə köçürülürâ€�.
|