|
“Hesab edirəm Azərbaycanın daxilindəki siyasi mübarizə qarşıdan gələn prezident seçkilərində də özünü göstərə bilərâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, müxalifətçilik missiyası siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı təbii ki, labüd olacaq: “Lakin kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir və donos yazır. Əminəm ki, qarşıdan gələn seçkilərdə də onlar bu missiyadan istifadə edəcəklərâ€�.
M.Qurbanlı bildirir ki, Azərbaycandan kənarda dövlətin, Azərbaycan xalqının maraqlarına zidd fəaliyyət göstərən hər bir adam milli maraqları tapdamış sayılır.
|