|
Azərbaycan Tanzaniyadan bu ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın ayrıca respublika kimi göstərilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bununla bağlı Azərbaycan tərəfi Tanzaniyaya nota göndərib: “Azərbaycanın Cənubi Afrikadakı səfirliyi də məsələ ilə bağlı danışıqlar aparır. Rəsmi Bakının mövqeyi odur ki, bu problem dərhal həll olunsunâ€�. Qeyd edək ki, Tanzaniya DİN-in saytında Qarabağ ayrıca respublika kimi qeyd olunub və bura səfər etmək istəyənlər üçün 50 dollar həddində viza haqqı göstərilib.
|