|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixini açıqlayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu haqda məlumat verən TQDK sədri bildirib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının sentyabrın 1-2-də keçirilməsi gözlənilir. M.Abbaszadə deyib ki, orta ixtisas təhsili müəssisələrinə müsabiqə vəziyyəti ildən-ilə artır.
“Bu il ötən ilə nisbətən 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yerin artıq olduğunu, imtahan keçiriləcək regionların sayı və hansı regionlarda imtahan keçiriləcəyi 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatdıqdan sonra müəyyən ediləcəkâ€� - deyən sədr imtahanlar daha çox regionlarda keçirilməsinə çalışacaqlarını bildirib: “Hətta iri kəndlərdə də imtahan keçirməyi planlaşdırırıq. 9 illik bazada texnikumlara imtahan verənlər daha çox yeniyetmə uşaqlardır. Ona görə də həmin uşaqlar və onların valideynlərinin imtahanlara daha asan getməyini istəyirikâ€�.
|