|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
|