|
“Yeni Azərbaycan Partiyasının (YAP) növbəti prezident seçkilərində namizədi birmənalı olaraq partiya sədri İlham Əliyev olacaq. Bu, birmənalıdırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov təəssüflə deyib ki, bəzi mətbu orqanlar bu məsələdə təxribatla məşğul olur. O qeyd edib ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan özünün çiçəklənən dövrünü yaşayır və Azərbaycan xalqı da bunu dəyərləndirirâ€�. Ə.Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İlham Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.
|