|
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabahdan etibarən Avstriyada səfərdə olacaq. MSK-dan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfərin məqsədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Demokratik seçkilər və seçkilərin müşahidəsiâ€� mövzusunda Avstriyanın paytaxtı Vyanada ATƏT-in “Əlavə İnsan Ölçüsü Görüşüâ€� ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir.
Qeyd edək ki, Məzahir Pənahovu MSK Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulub.
Səfər iyulun 13-də yekunlaşacaq.
|