|
“Meksika Azərbaycanın Latın Amerikası regionunda maraqlarını təmsil edən dövlətdirâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Meksika Senatının vitse-spikeri Fransisko Arroyo Vieyra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Meksika Azərbaycan ilə bir çox istiqamətdə, o cümlədən mədəniyyət və neft- qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Meksika tələbələrinin Azərbaycanda təhsilinə və əksinə olaraq təhsilin təşkil olunmasına səylər varâ€�.
O həmçinin bildirib ki, Meksikanın paytaxtı Mexikonun mərkəzi küçələrindən birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq: “Bu abidənin qoyulması iki ölkə arasındakı münasibətlərin inkişafına stimul olacaqâ€�.
|