|
“Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə mətbuat nümayəndələrinin görüşündə çoxsaylı təklif olubâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, həmin təkliflər həm praktiki baxımdan, həm də qanunvericilik baxımından həyata keçirilə bilər: “Bu da dövlət qurumlarının büdcələrinin 1 faizinin reklama və elana ayrılması və digər məsələlərdən ibarət ola bilər. Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədirâ€�.
Qeyd edək ki, PA rəsmisi Ə.Həsənov ilə qəzet redaktorları arasında bu yaxınlarda görüş baş tutub.
|