|
Bakıda səfərdə olan ATƏT baş katibi Lamberto Zannier Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, baş katib bu barədə Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, iyulun 10-da Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfər edəcəklər: “Cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdirâ€�. Baş katib snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini bildirib. Onun sözlərinə görə danışıqlar prosesinin nativi yoxdur: “Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidir. ATƏT buna öz töhfəsini verməyə hazırdırâ€�.
|