|
“Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onun üzərinə öhdəlik qoyurdu ki, Qarabağ münaqişəsində Ermənistanın yanında olsun. Bu da Özbəkistan-Azərbaycan, eləcədə Özbəkistanın Türkdilli ölkələr arasındakı nüfuzuna sarsıdıcı zərbə olardı. Ona görə də Özbəkistanın KTMT-ni tərk etməsi başadüşüləndirâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib.
O qeyd edir ki, Rusiyanın KTMT çərçivəsində Mərkəzi Asiya üzərindən apardığı Əfqanıstan siyasəti bu ölkələrə heç nə vəd etmir: “Rusiya Əfqanıstanda yalnız öz maraqlarını güdür, digər KTMT ölkələrini öz maraqları üçün istifadə edirâ€�. Ekspert deyir ki, ümumilikdə Özbəkistanı hər hansısa bir Təhlükəsizlik Şurasının üzvü olmağa heç nə məcbur etmir: “Ermənistan başadüşüləndir ki, KTMT onun üçün çox əhəmiyyətlidir. Çünki o, bir ölkənin - Azərbaycanın ərazisini işğal edib və indi özünü qorumalıdır. Amma kim Mərkəzi Asiya ölkələrinə hücum eləmək istəyir? Belə bir hal yoxdurâ€�.
Qeyd edək ki, Özbəkistan Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılıb.
|