|
“Əsəd daha əvvəl də çox sözlər verib, amma legitimliyini və xalqın dəstəyini itiribâ€�. “KƏLAMİNFOâ€� “Hürriyyetâ€�ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell deyib. Əsədin Türkiyənin “Cümhuriyetâ€� qəzetinə verdiyi müsahibədə söylədiyi “Suriya xalqı istəmirsə, çəkilə bilərəmâ€� cümləsini dəyərləndirən sözçü əsas məsələnin söz deyil, hərəkət olduğunu bildirib: “ABŞ-ın Əsədin çəkilməsiylə bağlı mövqeyi məlumdur. Belə bir şey olsa, şübhəsiz ki, məmnuniyyətlə qarşılayarıq, amma davranışlar sözlərdən daha mühümdürâ€�. Ventrel Suriya ordusu generalları da daxil olmaqla hərbçilərin Türkiyəyə sığınmasını da məmnuniyyətlə qarşıladıqlarını söyləyib.
|