|
Bu gün Bakıda ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, mərasimdə əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanışlıq olub.
Tədbirdə çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, layihə üzrə işlərə aprel ayında başlanıb: “Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidirâ€�. N.İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib. ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib.
Tədbirdə baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığından danışıb. O, bu əməkdaşlıq çərçivəsində bundan əvvəl “Saloğluâ€� layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina/PHS təhlükəsinin aradan qalxdığını xatırladıb. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A.Şərifov qeyd edib ki, layihənin birinci mərhələsinin xərci 3 milyon avrodan çoxdur: “Bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərirâ€�.
Ceyrançöl tipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturay isə bildirib ki, bundan əvvəlki “Saloğluâ€� layihəsi yüksək səviyyədə icra olunub: “O layihədə yaxşı nəticələr əldə olundu. Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz-üzə qalırlar. Ceyrançöl layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdirâ€�.
O qeyd edib ki, ANAMA Gürcüstan və Əfqanıstanla birgə çalışır və bu qurumun təşəbbüsləri Azərbaycanın hüdudlarından kənara da yayılır.
Daha sonra layihənin təqdimatı keçirilib və slaytlarla iştirakçılara izah olunub.
|