|
İyulun 5-6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, səfər zamanı Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.
NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq. Bundan başqa, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resurslarıâ€� mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
|