|
Milli Məclisin bu gün keçən növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökumətlərarası sənədlər ratifikasiya edilib.
“KƏLAMİNFOâ€� xəbər verir ki, iclasda Azərbaycan Prezidenti və Qırğız Prezidentinin Birgə Bəyanatı, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqındaâ€� Saziş, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqındaâ€� Saziş təsdiq edilib.
|