|
Azərbaycanda Milli Məclisin adından istifadə edən “reketâ€� qəzetlər fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
A.Nəsirov belə qəzetlərin müxtəlif təşkilatlara gedərək Milli Məclisin adından istifadə etdiklərini söyləyib. O, sözügedən qəzetlərdən ikisinin - “Parlamentin sədasıâ€� və “Azərbaycan parlamentiâ€� qəzetlərinin Mətbuat Şurası tərəfindən rəsmən “reketâ€� qəzet kimi elan olunduğunu vurğulayıb.
A.Nəsirov Milli Məclisin adından istifadə edən digər qəzetlərin də adını açıqlayıb. “Bunlar “Millət vəkiliâ€�, “Parlamentin səsiâ€�, “Parlamentâ€�, “Parlament-2005â€�, “Parlament və Cəmiyyətâ€�, “Deputatın tribunasıâ€�, “Parlament xəbərləriâ€� qəzetləridir. Bu qəzetlərin Milli Məclislə heç bir əlaqəsi yoxdur. Milli Məclisin iki orqanı var. Bunlar “Milli Məclisâ€� jurnalı və “Azərbaycanâ€� qəzetidırâ€�,-deyə A.Nəsirov əlavə edib.
|