|
Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, dostluq qrupunun sədri vəzifəsində “ Peronsitaâ€� siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini vəzifəsində isə “Movimiento de Neuqenâ€� siyasi blokunun prezidenti deputat Alicia Comelli yenidən təsdiq olunub və “Justicialista La Pampaâ€� siyasi blokun deputatı Cristina Regazzoli dostluq qrupunun yeni katibi seçilib.
Ümumi sayı 10 nəfərdən ibarət dostluq qrupuna “Frente para la Victoriaâ€� iqtidar yönlü siyasi blokun deputatları Guillermo Carmona (həmçinin Deputatlar Palatasında “Xarici əlaqələr və etiqad daimi komissiyasıâ€�nın da sədridir) və Alberto Ciampini, “Movimiento de Neuqenâ€� siyasi blokun deputatı Olga Elizabeth Guzman, “Propuesta Republicanaâ€� siyasi blokunun prezidenti deputat Federico Pinedo, “Frente Peronistaâ€� siyasi blokun deputatı Eduardo Amadeo, “ Civic Radicalâ€� siyasi bolkun deputatları Pedro Omar Molas və Agustin Alberto Portela daxildirlər.
Qeyd edək ki, Azərbaycanla Dostluq Qrupu Deputatlar Palatasında parlamentin yeni çağırışından sonra tərkibi təsdiq edilmiş ilk dostluq qrupudur.
|