|
“Çox açıq və konkret deyirəm - Bəşər Əsəd getməlidir. O, indi öz sonunu hazırlamaqdadır". KƏLAMİNFO “Hürriyetâ€�ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Suriya prezidentiylə bağlı ən sərt çıxışlarından birini edib: “Düşünə bilirsinizmi, tankla, topla məhəllə aralarına qədər girəcək və xalqınızı öldürərək susduracaqsınız. Orada bunları, insanların yandırıldığını, boğazının kəsildiyini görürlər. Belə bir vəhşət ancaq Əsədə yaraşarâ€�.
Ərdoğan BMT-nin baş katibi Pan Ki Mun və Suriya təmsilçisi Kofi Annanın Əsədlə bağlı açıqlamalarına işarə edərək Suriyada yeni dövrün başladığını vurğulayıb: “Pan Ki Munun BMT-də etdiyi çıxış Annan planının bitdiyinin də işarəsidir. Bunlar yeni mərhələnin başlayacağının əlamətidir".
Türkiyənin Suriya ilə bağlı üzərinə düşəni edəcəyini bildirən baş nazir Meksikada keçiriləcək G-20 sammitində dövlət və hökumət başçılarıyla müzakirələr aparacaqlarını, o müzakirələrdən sonra yol xəritəsi müəyyənləşdirəcəklərini deyib.
Baş nazir Rusiyanın Suriya üçün təklif etdiyi Yəmən modelinə də münasibət bildirib: “Yəmən modeli müzakirə edilə bilər. Amma Yəmən modeli olacaqsa, Əsəd vəzifədən getməlidir. Əsədi buna hazırlayıblarmı, hazırlamayıblarmı, bilmirəm. Yəmən modeli indiki vəziyyətdə müzakirə oluna biləcək modeldirâ€�.
|