|
Nazirlər Kabineti "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında"kı qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, qərar Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.
Qərarın 1.1. 1-ci və 3-cü hissələrdə "və Quba" sözləri", Quba, Ağcabədi, Göyçay və Şirvan" sözləri ilə əvəz edilib. 1.2. 2-ci hissədə "26" rəqəmi "38" rəqəmi ilə əvəz edilib. Beləliklə, TQDK-nin əlavə 3 regional bölməsi yaradılıb.
Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələri olub.
|