|
“Bəzi anti-Azərbaycan qüvvələr, bunların arasında xüsusilə radikal dinin qruplaşmalar Bakıda keçirilən “Eurovision-2012â€� mahnı müsabiqəsi ərəfəsində hədələyici xəbərdarlıqlar etsə də, Azərbaycan bu tədbirin təhlükəsizliyini yüksək səviyyədə təşkil etdiâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, Azərbaycan bir dövlət kimi bu tədbirə gələn bütün qonaqların təhlükəsizliyini təmin edib. “Azərbaycanın bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışdı və bunun da nəticəsi olaraq MTN tərəfindən terrorçu qruplar saxlanıldı və ifşa olundu. “Eurovisionâ€�un pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alındıâ€� - deyə o əlavə edib.
|