|
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov neft və qaz nazirini işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edib. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, nazir Bayramgəldi Nadirov mayın 25-də işdən çıxarıb - Türkmənistanın Pakistan və Hindistanla imzaladığı yeni neft kəməri sazişinin imzalanmasından cəmi 2 gün sonra.
Nadirov 2008-ci ildən bu vəzifəni tuturdu. “Türkmənqazâ€� dövlət şirkətinin sədr müavini Kakageldi Abdullayev neft və qaz naziri vəzifəsinə müvəqqəti icraçısı təyin edilib.
|