|
Kann kino festivalının maraq dairəsinə klassik kino irsinin qorunması da daxil edilib. “KƏLAMİNFOâ€�nun məlumatına görə, XX əsrin ən yaxşı filmlərindən bir neçəsi – Keysuke Kinositanın “Narayan haqqında əfsanəâ€�, Alfred Hiçkokun “Dairəâ€�, hind rejissoru Şankar Udeyin “Kalpanaâ€� səssiz filmləri rəqəmsal keyfiyyətdə tamaşaçılara təqdim olunub. “Dünyada çəkilmiş səssiz filmlərin 75 faizini artıq itirmişik. Səbəbi də çox sadədir: plyonkanın sıradan çıxması. Bu reallıqdır. Filmlər əldən gedir və biz bunu onları qaytarmaq mümkün olmadığı məqamda anlamağa başlayırıqâ€� fikirlərini festivalın fəxri qonağı, görkəmli amerikan kino xadimi, “The Film Foundationâ€� şirkətinin rəhbəri Martin Skorseze bildirib. Onun sözlərinə görə, bu sahədə qəti addımlar atılmalıdır: “Gözləmə mövqeyində qalmaq olmaz, filmləri bərpa edib rəqəmsal formata çevirmək lazımdırâ€�.
Azərbaycan pavilyonunda Aleksandr Dovjenko adına Ukrayna Kino Mərkəzinin nümayəndələri ilə görüş zamanı ukraynalı həmkarlar Dziqa Vertovun bərpa edilmiş səssiz filmlərini hədiyyə ediblər. 1923-cü ildə Bakıda çəkilmiş “Qız Qalası dastanıâ€� filminin yeni həyat almış versiyası ukraynalı həmkarlara təqdim olunub. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa edilən filmə orijinal musiqi də bəstələnib. Qeyd edək ki, bu film 90 illiyini gələn il qeyd edəcək “Azərbaycanfilmâ€�in ilk filmidir.
Yaxın gələcəkdə Bakıda simfonik orkestrin müşayiəti ilə filmin təqdimatı keçirilməsi planlaşdırılır.
|