|
Bakıda keçirilən “Eurovisionâ€� mahnı müsabiqəsi ilə bağlı 5 əsas mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O, bu məsələdə daha çox “Human Rights Watchâ€� və digər bir beynəlxalq təşkilatın Azərbaycan əleyhinə təbliğat apardığını qeyd edib. “Eyni zamanda bu sırada “BBCâ€� telekompaniyası, “The Guardianâ€� qəzeti da var. Mən Almaniyada erməni lobbisinin təqdim etdiyi məlumat qovluqlarını gördüm. Deməli, bunlar bir mərkəzdən yönləndirilən təbliğatın ruporlarına çevrilibâ€� - deyə PA rəsmisi vurğulayıb.
|