|
“EuroClubâ€�da Serbiyanın “Eurovision–2012â€� təmsilçisi Zeljko Yoksimoviçin də şərəfinə parti keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib. Gecədə İsveç, Ukrayna, Kipr, Makedoniya və digər ölkələrin “Eurovision–2012â€�dəki təmsilçiləri iştirak edib. Serbiya təmsilçisi Zeljko Yoksimoviç partiyə gələn bütün qonaqları salamlayıb və hər kəsə uğurlar diləyib. Daha sonra Zeljko ona “Eurovision–2004â€�də ikincilik qazandıran mahnısını, eləcə də builki “Nije Ljubav Stvarâ€� mahnısının instrumental və “Bakı Kristal Zalıâ€�nda ifa edəcəyi versiyasını səsləndirib.
Qeyd edək ki, Səfir Zoran Vayoviç builki təmsilçilər arasında favoritinin Zeljko olduğunu deyib və hər kəsi “Məşəlini alovlandırmağaâ€� səsləyib.
|