|
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 35 ildir ki, 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.
“KƏLAMİNFOâ€� xəbər verir ki, dünyanın bir çox ölkəsində qeyd olunan Muzeylər Günündə əsas məqsəd xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etməkdir. 170-dən çox muzeyə sahib olan ölkəmizdə də bu gün münasibəti ilə bir çox tədbir həyata keçirilir, muzeylərdə “Açıq qapıâ€� elan olunur.
Günün ab-havasını yaşadacaq muzeylərdən biri də Azərbaycan İstiqlal Muzeyidir. Muzeydən verilən məlumata görə, ekspozisiyada 18 May – Beynəlxalq Muzeylər Gününə və “Eurovision-2012â€� mahnı müsabiqəsinə həsr olunmuş sərgi keçiriləcək. Sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və Qərb Universitetidir. Builki Muzeylər Gününün daha yaddaqalan olması ondan ibarət olacaq ki, “Eurovision-2012â€� Mahnı Müsabiqəsi məhz Bakıda keçiriləcək. Azərbaycan İstiqlal Muzeyində təşkil olunan “Eurovision-2012â€� qədim odlar diyarındaâ€� adlanır və bu sərginin müəllifləri müstəqil Azərbaycanımızla həmyaşıd olan 20 yaşlı rəssamlardır. Sərginin əsas iştirakçıları Qərb Universitetinin dizayn fakültəsinin tələbələridir. Sərgidə 70-dən çox müxtəlif əsər nümayiş olunur.
Sərgi bu gün saat 18:00-da açılacaq.
|