|
“Elektron Təhsilâ€� Respublika müsabiqəsinin I mərhələsi artıq başa çatıb. Müsabiqənin ilk mərhələsi qaydalara uyğun olaraq, mayın 15-də yekunlaşıb və “Müasir məktəbdə elektron tədris resurslarıâ€� və “Təhsildə internet texnologiyalarıâ€� istiqamətləri üzrə təşkil olunan müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim edilib. “KƏLAMİNFOâ€� Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata istinadən bildirir ki, “Elektron Təhsilâ€� Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaq. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaq.
Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin sayı 7 min nəfər təşkil edir. Müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir: “II mərhələyə keçəcək layihələrin ekspertizasını “Elektron Təhsilâ€� Respublika müsabiqəsinin təşkilat komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət olan ekspertlər aparacaqlar. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaqâ€�.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıâ€� çərçivəsində həyata keçirilən “Elektron Təhsilâ€� müsabiqəsi “Microsoft Azərbaycanâ€�, “İntelâ€� korporasiyasının “Gələcək üçün təhsilâ€� proqramı, “AZEDUNETâ€�, “Ultraâ€�, “Nar Mobileâ€�, “HPâ€� və “Mədədâ€� təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
|