|
Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev yaydıqları birgə bəyanatda qeyd ediblər ki, beynəlxalq məsələlərə dair fikir birliyinə nail olublar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hazırda Minskdə səfərdədir. “KƏLAMİNFOâ€� BBC-yə istinadən xəbər verir ki, prezidentlərin birgə bəyanatı da onların görüşündən sonra səslənib. Bu ilin aprelində Belarus prezidenti qazax həmkarını “Avropa İqtisadi Birliyiâ€�nin yaradılmasına mane olmaqda ittiham etmişdi. Rusiya, Belarus və Qazaxıstanın iştirak etdiyi bu birliyin 2015-ci ildə yaradılması gözlənir.
|