|
Bu gün saat 15:00-da etibarən “Eurovisionâ€� Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək. “KƏLAMİNFOâ€� müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün “Gülüstanâ€� sarayında saat 10.00-dan 22.00-dək həyata keçiriləcək. Qeyd edək ki, “Eurovision–2012â€�-nin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər. Xatırladaq ki, mayın 16-dan etibarən isə “Eurovisionâ€� Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.
|