|
Azərbaycanda Dövlət Məlumat Fondunun (Vahid informasiya təminatı sisteminin) yaradılması nəzərdə tutulur. “KƏLAMİNFOâ€� xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsi layihəsində maddə əksini tapıb. Bu fondda torpaq sahələrinin planlaşdırılması, tikinti layihələrinin hazırlanması və tikintinin həyata keçirilməsi üçün aparılan mühəndis-axtarış işlərinin nəticələri saxlanılır. Bu məlumatlar fondda azı 99 il saxlanılmalıdır. Fondun təşkili və iş qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
|