|
“İnanmıram ki, Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinə hansısa bir təsiri olsun. Bu seçkilərin Dağlıq Qarabağ probleminə heç bir təsiri ola bilməzâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O qeyd edib ki, həmin seçkilər özlərinin təşkil etdiyi bir şoudur: â€� Təəssüflər olsun ki, Avropa, Qərb həmin dəqiqə təəssübkeşlik göstərərək bu seçkilərə demokratik don geyindirmək istəyirâ€� deyən N.Məmmədov əlavə edib ki, Ermənistan hakimiyyətinin apardığı indiki siyasət bir şoudur və parlament seçkiləri də həmin şounun tərkib hissəsidir.
|