|
Polşa prezidenti Bronislav Komorovski Ukrayna hakimiyyətini siyasi qərarlara görə həbs cəzası nəzərdə tutulan qanunu tezliklə ləğv etməyə çağırıb.
“KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, o, Varşavada keçirdiyi mətbuat konfransında, həmçinin Ukraynanın özü və 2012-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etməyin əleyhinə olduğunu bildirib. Komorovski qeyd edib ki, siyasi problemlər Polşa və Ukraynada idman bayramını korlamamalıdır.
|