|
“Microsoftâ€� korporasiyası Azərbaycanda “Microsoft IT Academyâ€� (“Microsoftâ€�un İnformasiya Texnologiyaları Akademiyası) layihəsinə start verib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Microsoftâ€�un ilk tədris mərkəzi açılacaq.
“Microsoft IT Academyâ€� təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimləri başa vurduqdan sonra imtahan verib “Microsoftâ€�un sənaye sertifikatlarını əldə edə biləcəklər.
Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlanması planlaşdırılır. Bununla yanaşı, AMİU-nun tələbələri “Microsoft Virtual Academyâ€� çərçivəsində pulsuz online təlim də keçə bilərlər. Bulud texnologiyaları əsasında yaradılan bu tədris sistemi tələbələrə online rejimdə əlavə təlimlər keçməyə və imtahan verərək sertifikat almağa imkan verir.
“Microsoftâ€�un strateji planlarına İT akademiyaların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması daxildir.
|